Həll

Telefon və elektronika

Elektronikada məhsul yox, konkret cihaz satılır. Hansı IMEI kimə getdi, zəmanəti nə vaxt bitir — bu suallar aylar sonra qayıdır.

Hər cihaz öz IMEI-si ilə

Cihaz anbara IMEI ilə daxil olur, IMEI ilə satılır. Eyni nömrə iki dəfə satıla bilmir.

Zəmanət izləmə

Satış zamanı zəmanət müddəti yazılır. Müştəri qayıdanda çeki axtarmaq lazım gəlmir — IMEI ilə tapılır.

Taksit və ödəniş qrafiki

Taksitlə satış, aylıq ödəniş cədvəli və gecikən ödənişin görünməsi.

Nisyə limiti

Hər müştərinin borc limiti var; limiti keçəndə kassa özü xəbərdarlıq edir.

Aksesuar ayrıca

Qulaqlıq və qabları IMEI-siz adi məhsul kimi aparırsan — hər şeyi seriya nömrəsinə salmaq məcburiyyəti yoxdur.

Maya dəyəri və mənfəət

Hər cihazın maya dəyəri saxlanılır, ona görə mənfəət təxmini deyil, hesablanmış olur.

Bu sahədə ən çox işlənən modullar

Tez-tez verilən suallar

IMEI-ni əl ilə yazmaq lazımdır?

Qutunun üstündəki nömrəni skan edirsən. Əl ilə də yazmaq olar — sistem eyni IMEI-nin ikinci dəfə daxil edilməsinə imkan vermir.

Aksesuarları da IMEI ilə aparmalıyam?

Xeyr. IMEI izləməsi məhsul kartında açılır; qulaqlıq və qabları adi məhsul kimi saxlayırsan.

Zəmanətin nə vaxt bitdiyini necə bilirəm?

Cihazı IMEI ilə axtarırsan — satış tarixi, müştəri və zəmanətin bitmə vaxtı eyni ekranda çıxır. Köhnə çekləri qarışdırmaq lazım gəlmir.

Sualın burada yoxdur? WhatsApp-dan yaz və ya +994 55 325 88 55 nömrəsinə zəng et.

Bu gün pulsuz başla

Bank kartı istəmirik. Qeydiyyat 2 dəqiqədir, bütün modullar ilk gündən açıqdır.

Digər sahələr

Hamısına bax →

Həllər siyahısının hamısı bu səhifədədir.