YENİOflayn kassa — internetsiz də satış

Mağazanı bir ekrandan idarə et

Bu gün nə qədər satıldı, rəfdə nə qaldı, kim nə qədər borcludur — üç sual, bir ekran. Brauzerdə açılır: nə quraşdırma var, nə də lisenziya.

Bank kartı istəmirik Qeydiyyat 2 dəqiqə çəkir Pulsuz tarif müddətsizdir
app.erpway.az / idarə paneli
Dövriyyə
3 432,40
▲ 12,4%
Mənfəət
861,15
▲ 8,1%
Nisyə
412,00
▼ 3,2%
Son 7 gün
Növbə bağlandıFərq yoxdur
SKT yaxınlaşır7 məhsul
Qalığı ancaq sayanda bilirsən
Qalıq real vaxtda, hər satışdan sonra
Kassa fərqi izsiz qalır
Fərq hansı çekdə yarandı — görünür
Nisyə dəftərdə və yaddaşda
Hər müştərinin borcu və limiti sistemdə
03 Yaxından

Ən çox pul itirilən üç yer

Mağazada pul adətən oğurlanmır — sadəcə hesabsız qalır.

Növbə bağlananda fərq özü görünür

Kassir kassadakı nağdı sayır, sistem gözlənilən məbləği özü hesablayır. Fərq varsa — hansı çeklərdə, kimin növbəsində olduğu yanındaca yazılır.

  • Açılış məbləği, satış, inkassasiya — ayrıca
  • Üstü qaytarılan pul nağd gəlirdən çıxılır
  • Ara (X) və yekun (Z) hesabat çap olunur
Açılış məbləği50,00
Nağd satış1 284,50
İnkassasiya− ₼ 900,00
Gözlənilən qalıq434,50
Sayılan nağd422,00
Fərq− ₼ 12,50

14:32 — 000318 nömrəli çekdə 12,50 ₼ endirim verilib (Kassir: Nərmin)

Nisyə dəftərdən sistemə keçir

Hər müştərinin borcu, limiti və ödəniş tarixçəsi bir yerdə. Limitini keçən müştəriyə kassa özü xəbərdarlıq edir — kassir qərar verməli qalmır.

  • Borc limiti və vaxtı keçmiş ödənişlər
  • Taksitlə satış və ödəniş qrafiki
  • Ödəniş qəbulu birbaşa kassadan
Rəşad Quliyev
Limit ₼ 500 · son ödəniş 12 gün əvvəl
480,00
Aygün Səfərova
Limit ₼ 300 · son ödəniş 2 gün əvvəl
85,00
«Nur» MMC
Topdan qiymət · qaimə ilə
1 240,00

Hər əməliyyatın sahibi var

Endirim, çek ləğvi, qiymət dəyişikliyi, qalıq düzəlişi — kim etdi, nə vaxt etdi. Silinmir və dəyişdirilmir.

  • Hər işçiyə yalnız lazım olan menyular
  • Endirim səlahiyyəti ayrıca idarə olunur
  • Filiala bağlı işçi yalnız öz filialını görür
14:32Nərmin 000318 çekinə endirim tətbiq etdi₼ 12,50
14:05Elvin «Köynək M / ağ» qiymətini dəyişdi
13:47Nərmin 000311 çekini ləğv etdiLəğv
09:12Elvin Növbəni açdı — ₼ 50,00
04 Sistemin içi

Ekranlar necə görünür

Nə vəd etdiyimizi göstərək. Üç ekran — satış, kassa və anbar; hansı sənin işinə yaxındırsa ona bax.

app.erpway.az / satışlar
Çek №MüştəriÖdənişYekunStatus
000442Aygün MəmmədovaNağd84,00Tamamlanıb
000441Elçin RəhimovNağd + Kart240,00Tamamlanıb
000440Kart18,60Tamamlanıb
000439Nurlan QuliyevNisyə600,00Borc ₼ 500,00
000438Səbinə AbbasovaNağd45,00Ləğv edilib

«Ödəniş» sütununda hər çekin nağd, kart və ya nisyə olduğu görünür; nisyədə qalan borc yanındaca yazılır.

05 Fərq

Dəftərlə fərqi nədir?

İndi necədir
  • Cəmi özün çıxarırsan — bir sətir səhv düşür, ay sonu tapmırsan
  • Fayl kiminsə kompüterində qalır; o kompüter sınsa hər şey gedir
  • Rəfdə nə qaldığını bilmək üçün gedib saymaq lazımdır
  • Ayın mənfəətini hesablamaq bir günlük işdir
  • Endirimi kim verdi, çeki kim ləğv etdi — soruşmaqdan başqa yol yoxdur
  • Mağazadan çıxanda nəzarət də qapıda qalır
ERPway-dən sonra
  • Cəm hər çekdə özü çıxır, maya dəyəri ilə birlikdə
  • Məlumat serverdədir və hər gecə arxivlənir
  • Qalıq hər satışdan sonra dəyişir — saymağa ehtiyac yoxdur
  • Mənfəət rəqəmi həmişə hazırdır, ayın ortasında da
  • Hər əməliyyatın altında kimin adı və saat yazılır
  • Evdən telefonla açıb günün necə getdiyinə baxırsan
06 Necə başlayır

Qeydiyyatdan ilk çekə qədər

Dörd addım, çay içimi qədər vaxt. Nə server qurmalısan, nə də kimisə çağırmalı.

1

Hesab aç

Email və şifrə kifayətdir. Bank kartı soruşmuruq.

2

Nə satdığını de

Geyim, market, aptek… Seçdiyin sahəyə görə sistem özünü qurur — aptekə reçept, geyimə ölçü açılır.

3

Bazanı köçür

Məhsulları bir-bir yaz və ya mövcud Excel faylını olduğu kimi at.

4

Növbəni aç

İlk çeki kəs. Qalıq və mənfəət həmin andan hesablanmağa başlayır.

07 Etibar

Mağazanı kimə tapşırırsan?

Bunlar vəd deyil — sistemin necə qurulduğudur. İstənilən birini bizdən soruş, göstərək.

Hər mağaza ayrıca izolyasiya olunub

Bölgü tətbiq kodunda deyil, bazanın öz səviyyəsindədir. Bir mağazanın hesabı digərinin sətrini heç bir halda görə bilmir.

Hər gecə ehtiyat nüsxə

Baza hər gecə avtomatik arxivlənir və son 14 gün saxlanılır. Səhv silinən məlumat geri qaytarıla bilər.

İnternet kəsiləndə kassa dayanmır

Çeklər cihazda növbəyə düşür, əlaqə qayıdanda özü sinxronlaşır. Satış itmir.

Tarixçə dəyişdirilmir

Endirim, ləğv, qiymət düzəlişi — kim və nə vaxt etdiyi yazılır. Sətir sonradan redaktə oluna bilmir.

Məlumat sənindir

Məhsul bazasını, satışları və hesabatları istənilən vaxt Excel-ə çıxarırsan. Sistemə kilidlənmirsən.

Üç dildə

Azərbaycan, rus və ingilis. Hər işçi öz dilini seçir — mağaza bir hesabda qalır.

08 Açıq danışaq

Kimə uyğun deyil

Pulu almazdan əvvəl deyirik: bunlar bizdə yoxdur. Səhv seçim hər iki tərəf üçün itkidir.

Restoran, kafe, fast-food

Masa, mətbəx və sifariş axını yoxdur.

İstehsalat

Resept, texnoloji xəritə və istehsal sifarişi yoxdur.

Salon və servis

Vaxt cədvəli və usta üzrə uçot yoxdur.

Onlayn mağaza inteqrasiyası

Qalıq saytla avtomatik uyğunlaşmır — hələ əl ilədir.

Sahən bunlardandırsa yenə yaz — WhatsApp-dan bir cümlə kifayətdir. Nə vaxt hazır olacağını dəqiq deyirik; hazır deyilsə «hazırdır» deməyəcəyik.

09 Tariflər

Nə qədərdir?

Rəqəmlər aşağıdadır — danışıq da yoxdur, gizli sətir də. Pulsuzdan başlayırsan, mağaza böyüyəndə tarifi dəyişirsən, istədiyin vaxt dayandırırsan.

Pulsuz
0₼ həmişəlik

Sınamaq və kiçik dükan üçün

  • 50 məhsul
  • 1 filial
  • 1 istifadəçi
  • Bütün modullar
Pulsuz başla
Başlanğıc
29₼ / ay

Bir mağaza, bir neçə işçi

  • 2 000 məhsul
  • 1 filial
  • 3 istifadəçi
  • Bütün modullar
  • Excel idxal / ixrac
Seç
Ən populyar
Standart
59₼ / ay

Böyüyən biznes

  • Limitsiz məhsul
  • 2 filial
  • 8 istifadəçi
  • Bütün modullar
  • Prioritet dəstək
Seç
Biznes
99₼ / ay

Şəbəkə və çox filial

  • Limitsiz məhsul
  • Limitsiz filial
  • Limitsiz istifadəçi
  • Bütün modullar
  • Fərdi qurulma dəstəyi
Seç

Bütün tariflərdə bütün modullar açıqdır — fərq yalnız həcmdədir. Qurulmada və məlumat köçürməsində kömək hər tarifə daxildir.

10 Suallar

Tez-tez soruşulanlar

Cavabı burada tapmasan — WhatsApp-dan yaz, elə özüm cavablayıram.

Yoxdur. Kart məlumatı istəmirik və müddət qoymuruq. Məhdudiyyət sadəcə həcmdədir: 50 məhsul, bir filial, bir istifadəçi. Modulların hamısı açıqdır — yəni pulsuz tarifdə də anbar, nisyə və hesabatlar işləyir. Mağaza böyüyəndə tarifi dəyişirsən.

Xeyr. ERPway brauzerdə işləyir — mağazadakı kompüter, noutbuk və ya planşet kifayətdir. Barkod skaneri və çek printeri məcburi deyil, amma işi sürətləndirir; adi USB modellərlə işləyir.

Xeyr. Kassa internet kəsiləndə də satışa davam edir — çeklər cihazda növbəyə düşür və əlaqə bərpa olunan kimi özü sinxronlaşır.

Bəli. Excel və ya CSV faylını olduğu kimi idxal edirsən — ad, barkod, qiymət, qalıq. Şablon faylı sistemin içindən yüklənir, sütunları özü tanıyır.

Yox — sən qərar verirsən. Hər işçiyə ayrıca menyu səlahiyyəti verilir: kassir yalnız kassanı və satışları görür, hesabatlar və maya dəyəri bağlı qalır. İstədiyin bölməni bir açarla açıb-bağlayırsan.

Hər mağazanın məlumatı bazada ayrıca izolyasiya olunub — bir mağazanın hesabı digərinin sətirlərini heç bir halda görə bilmir. Sistemdəki hər əməliyyat kim və nə vaxt etdiyi ilə tarixçəyə yazılır.

Yazırsan — WhatsApp, telefon və ya email. Qurulmada, məlumat köçürməsində və işçi təlimində kömək edirik; bu, heç bir tarifdə əlavə ödəniş deyil.

İlk çekini bu gün kəs

Hesab açmaq iki dəqiqədir, kart lazım deyil. Bəyənməsən qapadırsan — nə ödəniş qalır, nə öhdəlik.

WhatsApp ilə yaz